Modern.az

Tramp \"Twitter\" hesabının bərpasını istəyir

Tramp \

3 Oktyabr 2021, 11:10

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridadada federal hakimdən "Twitter"i bloklanmış hesabını bərpa etməyə məcbur etməsini istəyib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Associated Press məlumat yayıb.

 

Trampın vəkilləri məhkəməyə sosial şəbəkənin söz azadlığının zəmanətini təyin edən ABŞ Konstitusiyasına edilən ilk dəyişikliyi pozduğunu bildirən müraciət ediblər.

 

Xatırladaq ki, "Twitter" daha əvvəl Trampın səhifəsini qeyri-müəyyən, "Facebook" və "İnstaqram" isə iki il müddətinə bloklayıb.

 

İyun ayında Tramp "Facebook"un bu sosial şəbəkədə və "İnstagramda"kı hesablarını bloklama qərarının 2020-ci il seçkilərində ona səs verən 70 milyondan çox amerikalıya hörmətsizlik və söz azadlığının pozulması cəhdi olduğunu adlandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal