Modern.az

Ukraynada Avropa İttifaqının hərbi missiyası yaradıla bilər

Ukraynada Avropa İttifaqının hərbi missiyası yaradıla bilər

Dünya

3 Oktyabr 2021, 11:34

Avropa İttifaqı Ukraynada qurumun hərbi təlim missiyasının yaradılmasının mümkünlüyünü nəzərdən keçirir.

 

Modern.az-ın xəbərinə görə, bu barədə “Welt am Sonntag” nəşri məlumat yayıb.

 

Sözügedən missiya “EU Military Advisory and Training Mission Ukraine” (EUATM, Aİ -nin Ukraynadakı hərbi məsləhət və təlim missiyası - red.) adlanacaq.

 

Qeyd olunub ki, belə bir missiyanın yaradılması Ukrayna ilə həmrəyliyi ifadə edəcək.

 

Nəşr vurğulayır ki, Ukraynanın xarici işlər naziri və müdafiə naziri iyulun sonunda təlim missiyasının ölkədə yaradılmasını istəyib.

 

Hətta bununla bağlı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelə də məktub göndəriblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal