Modern.az

Türkiyə əhalisinin 73%-i tam peyvəndlənib

Türkiyə əhalisinin 73%-i tam peyvəndlənib

Dünya

4 Oktyabr 2021, 22:44

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 248 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 352 214 nəfərdən test götürülüb, onların 28 810-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 33 152 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 87,22%-nə bir doza, 72,91%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal