Modern.az

“Facebook” domeni satışa çıxarıldı

“Facebook” domeni satışa çıxarıldı

Dünya

5 Oktyabr 2021, 00:33

“Facebook” (facebook.com) domeni “Whois” saytında satışa çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Twitter” sosial şəbəkəsinin qurucusu Cek Dorsi öz rəsmi səhifəsində məlumat yerləşdirib.

 

Elanda domenin kim tərəfindən satışa çıxarıldığı və domen üçün nə qədər vəsait tələb edilməsi barədə məlumat göstərilməyib.

 

“Facebook” şirkəti məsələ ilə bağlı açıqlama verməyib.

 

Qeyd edək ki, dünyanın bir sıra ölkələrində "Facebook", "Instagram" və "WhatsApp" tətbiqləri işləmir. “Facebook.com” və “Instagram.com” saytları hazırda axtarış sistemlərində çıxsa da, onlara daxil olmaq mümkün deyil. 

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal