Avropa birjalarında qazın qiyməti yenidən rekord qırmağa davam edir.
Modern.az xəbər verir ki, "ICE Futures"də min kubmetr qazın qiyməti 1450 dollara çatıb.
Qitədə qazın qiyməti dünən bir qədər aşağı düşsə də, bu gün yenidən qalxıb.
Qeyd edək ki, Avropa Covid-19 pandemiyasından xilas olduqca enerji istehlakının artması, eləcə də Şimal dənizindəki havanın sakit keçməsinə görə külək enerjisi istehsalının azalması "mavi yanacağa" olan tələbatın artmasına səbəb olub.
Akif İsmayılov