Moldovanın Baş prokuroru Aleksandr Stoyanoqlo barəsində cinayət işi açılıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Sergey Litvinenko məlumat verib.
Baş prokuror açılan cinayət işi üzrə vəzifəsindən uzaqlaşdırılıb.
Məlumata görə, Stoyanoqlo on il əvvəl parlament komissiyasının sədri olan zaman çirkli pulların yuyulmasına qarşı mübarizə haqqında qanuna edilən və oğurluğu sadələşdirən dəyişikliyi təsdiqləyib. Bundan əlavə, o, axtarışda olan bankir Vyaçeslav Platonla əlaqədə olmaqda və digər pozuntularda ittiham olunur.
Akif İsmayılov