NATO-ya üzv ölkələrin müdafiə nazirləri 21-22 oktyabr tarixlərində bir araya gələcək.
Modern.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.
Görüş Brüsseldə NATO-nun qərargahında baş tutacaq. Görüşlər şəxsən NATO Baş katibi Yens Stoltenberqin başçılığı altında keçiriləcək.
Bildirilir ki, görüşün proqramı daha sonra açıqlanacaq.
Akif İsmayılov