Meksikanın Queretaro vilayətində leysan yağışları güclü daşqına səbəb olub.
Modern.az verir ki, daşqınlar ən azı 6 nəfərin həyatına son qoyub.
Daha bir neçə vilayət sakininin itkin düşdüyü bildirilir.
Daşqınlar 3,5 mindən çox yaşayış binasına ziyan vurub.