Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 188 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 360 115 nəfərdən test götürülüb, onların 30 201-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 28 167 nəfəri sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 87,69%-nə bir doza, 74,16%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub
Akif İsmayılov