Modern.az

Çexiyanın hakim partiyası seçkilərdə öndədir

Çexiyanın hakim partiyası seçkilərdə öndədir

9 Oktyabr 2021, 19:17

Dünən və bu gün Çexiya parlamentinin aşağı palatasına keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Çexiyanın "Mlada fronta Dnes" qəzetinin saytı məlumat yayıb .

 

Qəzetin yazdığına görə, Çexiya Statistika İdarəsi səslərin ilk dörd faizini hesablayıb. İlkin nəticələrə görə, ölkənin hazırkı baş naziri Andrey Babisin rəhbərlik etdiyi narazı vətəndaşların hərəkatı 31%-dən çox səs toplayaraq ilk yerə çıxıb.

 

Sağçı partiyaların daxil olduğu "Birlikdə" koalisiyası 23,9% səslə parlamentin aşağı palatasına daxil olub. Mərkəzçi hərəkatla koalisiya quran Pirat Partiyası 12,4% səs toplayıb. "Azadlıq və Birbaşa Demokratiya" partiyası (10,5%), Çexiya Sosial Demokrat Partiyası (5,3%) və beş faiz səs toplayan "And" vətəndaş hərəkatı da parlamentə daxil olmağı bacarıb.

 

Səsvermədə seçicilərin təxminən 62%-i iştirak edib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal