Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Modern.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı iranlı Meysam Dalxani ilə üz-üzə gəlib.
Rəqibinə 0:9 hesabı ilə uduzan Məmmədov sabah bürünc medal uğrunda qarşılaşmaya qatılacaq