"Nəticəyə baxmayaraq, ümumilikdə yaxşı oyun göstərdik".
Modern.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə keçirilən oyun barədə danışarkən deyib.
Bakı Olimpiya Stadionundakı görüşdə 0:2 hesabı ilə məğlub olan yığmamız yer aldığı A qrupunun sonuncu pilləsində qalıb.
Matçdan sonra açıqlama verən italiyalı mütəxəssis komandamızın çıxışını dəyərləndirib:
"6-cı dəqiqədə qol buraxmaq oyunumuza mənfi təsir etdi. 2 top buraxmağımıza baxmayaraq, birinci hissəni yaxşı keçirdik".