Modern.az

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

9 Oktyabr 2021, 23:16

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 206 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 348 856 nəfərdən test götürülüb, onların 28645-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 24 217 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 87,75%-nə bir doza,  74,36%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal