Modern.az

Yunanıstan türk peyvənd ixtiraçılarını MÜKAFATLANDIRACAQ

Yunanıstan türk peyvənd ixtiraçılarını MÜKAFATLANDIRACAQ

10 Oktyabr 2021, 09:00

Yunanıstan hökuməti “Pfizer/BioNtech” peyvəndinin ixtiraçıları, türk əsilli professorlar Uğur Şahin və Özlem Türeciyi mükafatlandıracaq.

 

Modern.az "Sözcü"yə istinadla xəbər verir ki, Yunanıstanda COVID-19 epidemiyasına qarşı mübarizədə istifadə olunan inqilabi peyvəndi tapan BioNTech şirkətinin qurucularına mükafat üç gün sonra təqdim olunacaq.

 

Tədbirə Yunanıstan Prezidenti Katerina Sakellaropoulounun da qatılacağı bildirilir. Türk kökənli peyvənd ixtiraçılarına "Empress Theophano" mükafatının veriləcəyi açıqlanıb.

 

Tədbirin Selanik şəhərindəki tarixi Rotonda xarabalıqlarında gerçəkləşəcəyi bildirilir.

Turan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal