Dünyaca məşhur memar Pyer Stefane Dumasın yeni layihəsi ilə hazırlanan şəffaf plastik ev sözün əsl mənasında təbiətə açıqdır.
Modern.az xarici saytlara istinadla xəbər verir ki, sabun köpüyünə bənzər ev sfera formasındadır və mükəmməl quruluşa malikdir.
Burada təbiətsevərlərin komfort yaşamağı üçün bütün zəruri şərait yaradılıb.
Şəffaf evi qısa zaman kəsiyində təbiətin istənilən guşəsində quraşdırmaq mümkündür.