Modern.az

İranlı nazir “Rusiya və Çindən asılı olmayacağıq”

İranlı nazir “Rusiya və Çindən asılı olmayacağıq”

10 Oktyabr 2021, 21:27

“İran Rusiyadan və Çindən asılı olmaq niyyətində deyil, bu ölkələrlə münasibətlər qarşılıqlı maraq əsasında inkişaf etdiriləcək”.

 

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian deyib.

 

Nazirin sözlərinə görə, balanslaşdırılmış xarici siyasətin əsas xüsusiyyətlərindən biri Tehranın milli maraqlarını maksimum dərəcədə artırmaq üçün dünyanın digər bölgələrində mövcud olan bütün imkanlardan istifadə etməkdir.

 

“Şərqə baxmaq qərb vektorundan tamamilə imtina etmək demək deyil. Qərb liderlərinə coğrafi olaraq Asiyada olduğumuzu, Çin, Rusiya və Hindistanın bizə yaxın olduğunu səmimi şəkildə bildirdik”, - deyə nazir qeyd edib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal