Modern.az

Türkiyədə daha 196 nəfər virusun qurbanı oldu

Türkiyədə daha 196 nəfər virusun qurbanı oldu

10 Oktyabr 2021, 23:44

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 196 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 344 280 nəfərdən test götürülüb, onların 28 370-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 25 772 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 87,80%-nə bir doza,  74,50%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal