“The Economist” jurnalı 2021-ci il üçün təhlükəsiz şəhərlər indeksini açıqlayıb. Bu indeksə görə, 60 şəhər infrastruktur, rəqəmsal həyat, şəxsi təhlükəsizlik və ətraf mühit faktorları kimi 76 təhlükəsizlik göstəricisinə görə sıralanıb.
Modern.az xəbər verir ki, bu il bu siyahıya pandemiyaya hazırlıq və Covid-19 ölüm nisbəti kimi dəyərlər də əlavə edilib.
Bu sıralamaya görə, ilk beşliyi Kopenhagen, Toronto, Sinqapur, Sidney və Tokio tutub. İstanbul 37-ci yerdə qərarlaşıb.
Qeyd olunur ki, COVID-19 pandemiyası ilə birlikdə dünyanın bütün şəhərləri təhlükəsizlik anlayışının nə olduğunu yenidən nəzərdən keçirir. Şəhər mərkəzlərində ofislərin bağlanması, maska tələbi, restoran məhdudiyyətləri səbəbiylə şəhərlər çox ciddi dəyişikliyə uğrayıb.
Bu dəyişikliklərin təsirlərinin davam edəcəyi gözlənilir. 1900-cü illərin əvvəllərində İspan qripi epidemiyası başlayanda əhalinin 14 faizi şəhərlərdə yaşayırdı. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, bu gün bu rəqəm 57%-ə yüksəlib.
Akif İsmayılov