Modern.az

Ermənistan hərbi xərclərini artırır – Paşinyan AÇIQLADI

Ermənistan hərbi xərclərini artırır – Paşinyan AÇIQLADI

25 Oktyabr 2021, 11:25

Ermənistanın 2022-ci il üçün hərbi büdcəsi açıqlanıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan hərbi məqsədlər üçün 722 milyon dollar (345 milyard dram) vəsait ayrılacağını söyləyib.

 

Bu göstərici 2021-ci illə müqayisədə 11% çox olacaq. Belə ki, 2021-ci ildə 653 milyon dollar təşkil etmişdi. 

 

Baş nazir professional orduya keçəcəklərini, sərhəd qoşunlarının sayının artırlacağını da əlavə edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım