Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 209 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 351 373 nəfərdən test götürülüb, onların 24 409-nun testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 30 846 nəfəri sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 89,18%-nə bir doza, 78,24%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub
Akif İsmayılov