Modern.az

Bayden Makrondan üzr istədi

Bayden Makrondan üzr istədi

30 Oktyabr 2021, 09:53

ABŞ prezidenti Co Bayden Fransa prezidenti Emmanuel Makronla görüşüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, G20 sammiti çərçivəsində Romada baş tutan görüş zamanı iki lider ABŞ-ın Avstraliya və Böyük Britaniya ilə imzaladığı hərbi müqaviləyə toxunublar.

ABŞ öncədən Fransa ilə imzalanmış razılaşmanın pozulmasından təəssüfünü ifadə edib.

 

“Bizim etdiyimizə ingilis dilində səliqəsizlik deyirlər. Müqavilə nəzakətli qaydada imzalanmadı. Fransanın məlumatlı olduğunu düşünürdüm. Bilmirdim ki, siz xəbərsizsiniz”-deyə Bayden Makrona söyləyib.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu