Modern.az

Amerikasayağı FEMİDA: Türk diplomatı öldürən ASALA üzvü azadlığa çıxdı

Amerikasayağı FEMİDA: Türk diplomatı öldürən ASALA üzvü azadlığa çıxdı

30 Oktyabr 2021, 12:21

ABŞ-ın Kaliforniya ştatında ömürlük həbs cəzası çəkən erməni terrorçusu, ASALA üzvü Ambiq Sasunyan azadlığa buraxılıb.

 

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, “Daşnaksütyun” partiyası terrorçunun artıq Ermənistanda olduğunu açıqlayıb.

 

Livan ermənisi olan Ambiq Sasunyan Kaliforniya qubernatoru Qevin Nyusom onu azadlığa buraxılması barədə qərar verərək, buna qarşı bütün apellyasiya şikayətlərini geri qaytarmasından sonra azadlığa çıxıb.

 

Xatırladaq ki, Ambiq Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kemal Arıkanı qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu