Birləşmiş Ərəb Əmirlikləri Səudiyyə Ərəbistanının mövqeyi ilə həmrəy olaraq Livandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
BƏƏ, həmçinin öz vətəndaşlarının Livana səfərinə qadağa qoyub .
Cümə günü Səudiyyə Ərəbistanının dövlət televiziyası bildirib ki, Ər-Riyad rəsmi olaraq Livandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb və Livan səfirindən 48 saat ərzində ölkəni tərk etməsini tələb edib.
Akif İsmayılov