Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Romada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Balkan yarımadası və Cənubi Qafqazda vəziyyət müzakirə olunub.
Görüş zamanı Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məqsədilə “3+3” regional mexanizminin işə salınması barədə fikir mübadiləsi aparılıb.
Akif İsmayılov