Modern.az

Gürcü müxalifəti AKSİYA keçirdi - YENİLƏNİB

Gürcü müxalifəti AKSİYA keçirdi - YENİLƏNİB

31 Oktyabr 2021, 21:49

Gürcüstanın müxalif partiyalarının Tbilisidə təşkil etdiyi etiraz aksiyası başa çatıb.

 

Modern.az xəbər verir ki, parlament binası önündə baş tutan aksiyada partiya sədrləri yerli seçkilərin ikinci mərhələsinin nəticələrini düzgün hesab etmədiklərini bildiriblər.

 

Vahid Milli Hərəkat Partiyasının rəhbəri Nika Meliya noyabrın 7-də Tbilisidəki genişmiqyaslı aksiyanın keçiriləcəyini elan edib. O, həftə ərzində Batumidə də aksiyaların təşki olunacağını bildirib.

 

Müxalif “Lelo” Partiyasının lideri Mamuka Xazaradze çıxışı zamanı deputat mandatından imtina etdiyini bildirib.

***

19:40

 

Gürcüstanın paytaxtı Tbilisi şəhərində müxalifət bələdiyyə seçkilərinin nəticələrinə etiraz olaraq aksiya keçirir.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, mitinq parlament binasının önündə baş tutur.

 

Aksiyada Gürcüstanın müxalif partiyaları, Vahid Milli Hərəkat Partiyası, "Lelo", "Droa" və Avropalı Gürcüstan Partiyasının liderləri də iştirak edir. Onlar dünən keçirilən seçkilərin nəticələrini tanımadıqlarını elan ediblər.

 

Aksiyanın keçirildiyi əraziyə polis qüvvələri cəlb olunub.

 

Akif İsmayılov

 

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir