Türkiyə mətbuatında yer alan xəbərə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu növbəti seçkilərdə “Millət İttifaqı”nın prezidentliyə namizədi olacaq.
Modern.az xəbər verir ki, xəbəri CHP və İYİ Partiyanın qurduğu “Millət İttifaqı”nın prezidentliyə namizədi ilə bağlı yenidən yayıma başlayan Flash TV-nin baş redaktoru Hakan Aygün canlı yayımda iddia edib.
"Kılıçdaroğlu namizəd olacaq",- o deyib.
“Millət İttifaqı”nın prezidentliyə namizədinin kimin olacağını söyləyən H.Aygün iddialarını “bir ağızdan eşitdim” deyərək açıqlayıb.
O, “Millət İttifaqı”nın qalib gələcəyi təqdirdə İYİ Partiyanın başqanı Meral Akşenerin baş nazir kimi 1-ci vitse-prezidenti vəzifəsini icra edə biləcəyini də iddia edib.
Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin yayında keçiriləcək.