Ukrayna Prezidenti Vladimir Zelenski Qlazqoda Almaniya kansleri Angela Merkellə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Zelenski “Twitter”də məlumat yayıb.
Görüş zamanı Donbasdakı vəziyyət, eləcə də Avropadakı enerji böhranı və ondan çıxış yolları müzakirə edilib.
Zelenski Qlazqoda səfərdədir və burada BMT-nin iqlim dəyişikliyi üzrə COP26 konfransında iştirak edəcək.
Akif İsmayılov