Modern.az

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

1 Noyabr 2021, 23:18

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 217 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 356 643 nəfərdən test götürülüb, onların 28 678-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 29 296 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 89,31%-nə bir doza, 78,55%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...