Modern.az

Yəməndə son üç gündə 4 uşaq həyatını itirib

Yəməndə son üç gündə 4 uşaq həyatını itirib

Dünya

2 Noyabr 2021, 00:22

Yəməndəki son günlər yaşanan toqquşmalar mülki əhalinin həyatına mənfi təsir göstərir.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Yəməndəki Humanitar Koordinasiya Ofisi (OCHA) “Twitter” səhifəsində məlumat yayıb.

 

Qeyd olunub ki, son üç gündə 4-ü uşaq olmaqla 16 nəfər mülki şəxs həyatını itirib.

 

Açıqlamada bildirilir ki, mülkilər beynəlxalq hüquq çərçivəsində qorunur, onlar hədəf deyil. BMT ölümlərlə bağlı heç bir tərəfə qarşı ittiham irəli sürməyib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...