Modern.az

Qafqaz buzlaqlarının 40 faizini itirib” – Qaribaşvili

“Qafqaz buzlaqlarının 40 faizini itirib” – Qaribaşvili

Dünya

2 Noyabr 2021, 00:31

Şotlandiyanın Qlazqo şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 26-cı İqlim Dəyişikliyi Konfransında (COP26) çıxış edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəsi adından burada olmaqdan böyük məmnunluğunu ifadə edib.

 

Modern.az xəbər verir ki, Qaribaşvili iqlim dəyişikliyinin Gürcüstanın təbiətinə və ümumilikdə Qafqaz regionuna ciddi ziyan vurduğunu bildirib.

 

O qeyd edib ki, gözəl dağları, buzlaqları və çayları ilə tanınan Qafqaz artıq buzlaqlarının 40 faizini itirib.

 

“Təkcə son iki onillikdə Gürcüstanın şərqində itkilərin sürəti 20-ci əsrin sonunda edilən təxminləri üstələyib”, - deyə Baş nazir bildirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal