Modern.az

Göydələn çökdü - 100 nəfər itkin düşdü

Göydələn çökdü - 100 nəfər itkin düşdü

Dünya

2 Noyabr 2021, 10:09

Nigeriyanın Laqos şəhərində tikilməkdə olan 25 mərtəbəli göydələn çöküb.

 

Modern.az saytı  xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı çoxlu ölən və yaralıların olduğu, 100-ə yaxın insanın isə itkin düşdüyü bildirilib.

 

Səlahiyyətli şəxslər inşası davam edən binanın çökməsinə dair hələ heç bir açıqlama verməyib.

 

Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.  Hadisə şahidləri təxminən 100 nəfərin beton qalıqlar altında qaldığını bildirib.

 

Nigar ADİL

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal