Modern.az

Hindistan ABŞ sanksiyalarından yan keçə bilər

Hindistan ABŞ sanksiyalarından yan keçə bilər

Dünya

2 Noyabr 2021, 22:17

Hindistanı S-400 zenit-raket komplekslərinin alınmasına görə sanksiyalardan azad etmək üçün nəzərdə tutulan qanun layihəsi ABŞ Senatına təqdim edilib.

 

Modern.az xəbər verir ki, qanun layihəsi Avstraliya, Yaponiya və Hindistanı Çin və Rusiyadan silah alınmasına görə 2017-ci ildə qəbul edilmiş CAATSA (ABŞ-ın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı) sanksiyalarından azad edir.

 

Qanun layihəsinin hazırlayanlar respublikaçıların əsas nümayəndələri olan Ted Kruz, Todd Yanq və Rocer Marşalldır.

 

Senatorlar qanun layihələrində bu ölkələr üçün 10 illik CAATSA-dan azad olmağı nəzərdə tuturlar. ABŞ-dakı Konqres üzvləri bu yaxınlarda Hindistanın CAATSA sanksiyalarından azad edilməsi barədə çağırış etmişdilər. Senatorların istisnalar istəməsinin səbəbi Çindir.

 

Qeyd edək ki, Hindistan 2018-ci ilin sentyabr ayında Rusiya Federasiyası ilə 5 ədəd S-400 sistemlərinin tədarükü üçün 5 milyard 430 milyon dollar dəyərində müqavilə imzalayıb. Bundan əvvəl eyni sistemləri alan Türkiyəyə sanksiyalar tətbiq edilib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal