Modern.az

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

2 Noyabr 2021, 22:43

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 224 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 361 533 nəfərdən test götürülüb, onların 29796-nın testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 29 837 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 89,38%-nə bir doza, 78,70%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal