İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Ambon şəhərindən 457 km cənub-şərqdə 95 km dərinlikdə yerləşib.
Tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib.