Modern.az

"Taliban"dan xarici valyutalara QADAĞA

Dünya

3 Noyabr 2021, 00:51

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban" ölkədə xarici valyuyadan istifadəni qadağan edib.

 

Modern.az xəbər verir ki, bu barədə hərəkatın mətbuat katibi Zəbihullah Mücahid məlumat yayıb.

 

 Onun sözlərinə görə, ölkədə iqtisadi vəziyyət və milli maraqlar tələb edir ki, bütün əfqanlar yalnız əfqanilərdan (Əfqanıstanın pul vahidi - red.) istifadə etsinlər.

 

 

Mücahid bildirib ki, qanunu pozanlar məsuliyyətə cəlb olunacaqlar.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal