Modern.az

Özbəkistan sosial şəbəkələrə QADAĞA qoydu

Özbəkistan sosial şəbəkələrə QADAĞA qoydu

Dünya

3 Noyabr 2021, 21:43

Özbəkistan hökuməti “Telegram”, “Facebook”, “Odnoklassniki”, “YouTube” platformalarını məhdudlaşdırıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin İnformasiyalaşdırma və Telekommunikasiya Sahəsinə Nəzarət üzrə Dövlət Müfəttişliyi (Uzkomnadzor) məlumat yayıb.

 

Qeyd olunur ki, bu platformalar şəxsi məlumatlar haqqında qanunvericiliyi pozublar.

 

“Müəyyən edilmiş problemlər aradan qaldırılana qədər Özbəkistan ərazisində müvafiq resurslardan istifadə məhdudlaşdırılır”, - deyə qurum bildirib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal