Rusiya “Zirkon” hipersəs sürətə malik qanadlı raketinin sınaqlarını başa çatdırmaq üzrədir.
Modern.az xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Putin məlumat verib.
O qeyd edib ki, səs sürətindən 5 dəfə çox sürətə malik raketlər 2022-ci ildə Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.
Rusiya keçən ay ilk dəfə sualtı qayıqdan “Zirkon” raketini uğurla sınaqdan keçirdiyini açıqlayıb.
“İndi potensial hərbi təhdidlərə qarşı effektiv mübarizə apara biləcək yeni hipersəs silah sistemlərinin, yüksək güclü lazerlərin və robot sistemlərin yaradılması üçün zəruri olan texnologiyaların hazırlanması və tətbiqi xüsusilə vacibdir, bu, ölkəmizin təhlükəsizliyini daha da gücləndirəcək”, - deyə Putin qeyd edib.
O bildirib ki, raket həm su altından, həm də suüstü gəmilərdən keçirilən sınaqlar zaman həm yer, həm də dəniz hədəflərini uğurla vurub.
Hipersəs raketlər atmosferin yuxarı hissəsində səs sürətindən beş dəfə çox və ya saatda təxminən 6200 km sürətlə hərəkət edirlər.
Akif İsmayılov