Modern.az

Sabiq NATO rəsmisi: “Putin Alyansa qoşulmaq istəyirdi"

Sabiq NATO rəsmisi: “Putin Alyansa qoşulmaq istəyirdi

Dünya

5 Noyabr 2021, 00:52

NATO-nun keçmiş baş katibi Corc Robertson noyabrın 3-də yayımlanan podkastda Rusiya prezidenti Vladimir Putin haqqında təəccüblü iddia ilə çıxış edib.

 

Modern.az “Guardian” nəşrinə istinadən xəbər verir ki, 1999-2004-cü illərdə NATO-ya rəhbərlik edən Robertson Putinin hakimiyyətə gəlişindən sonra Rusiyanın alyansa qoşulmasını istədiyini irəli sürüb.

 

İddialara görə, Putin Rusiyanın “standart müraciət prosesindən keçməsinə razı olmayıb.

 

“Rusiya o dövrdə təhlükəsiz, sabit və firavan Qərbin bir hissəsi olmaq istəyirdi”, - deyə o qeyd edib.

 

Böyük Britaniyanın aparıcı qəzetlərindən biri olan “The Guardian” yazıb ki, bu iddialar Putinin 21 ildən çox əvvəl BBC-yə verdiyi müsahibədəki açıqlamaları ilə üst-üstə düşür. Putin müsahibəsində deyib ki, Rusiyanın bərabərhüquqlu tərəfdaş kimi fikirləri nəzərə alınarsa, o, NATO-ya üzv olmaqdan imtina etməyəcək.

 

“Rusiya Avropa mədəniyyətinin bir hissəsidir. Mən öz ölkəmi Avropadan və “sivil dünya” dediyimiz yerdən ayrı düşünə bilmirəm”, - deyə Putin bildirib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal