Modern.az

Ermənistan Ordusunda məcburi peyvəndləmə aparılır

Ermənistan Ordusunda məcburi peyvəndləmə aparılır

Dünya

5 Noyabr 2021, 13:42

Ermənistan Silahlı Qüvvələrində hərbi qulluqçularının peyvənd edilməsi prosesi həyata keçirilir.

Modern.az “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, peyvəndləmə səhiyyə və müdafiə nazirləri  tərəfindən verilən əmrlərin, təlimatların və metodiki göstərişlərin tələblərinə uyğun həyata keçirilir.

Müdafiə Nazirliyi qəzetə vaksin vurulacaq hərbçilərlə bağlı rəqəmləri təqdim etməkdən yayınıb.

“Artıq koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə çoxlu sayda hərbçi peyvənd olunub”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. Nazirlik məlumatların məxfiliyini nəzərə alaraq, dəqiq say göstərməyib.

“Joğovurd” qəzetinin yazdığına görə, hərbçilər arasında peyvənd göstəricilərinin biabırçı dərəcədə aşağı olması nəzərə alınaraq, onları vaksin vurdurmağa məcbur edirlər.

 
A.Qorxmaz

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal