Modern.az

Minlərlə insan iqlim üçün yürüş etdi

Minlərlə insan iqlim üçün yürüş etdi

Dünya

7 Noyabr 2021, 00:22

İqlim dəyişikliyi haqqında məlumatlılığı artırmaq və Qlazqoda COP26 sammitində iştirak edən liderləri səfərbər etmək üçün Böyük Britaniyanın bir çox şəhərində yürüşlər keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Paytaxt Londonda keçirilən yürüşdə minlərlə insan iştirak edib. Yürüşün son dayanacağı Trafalqar Meydanı olub.

 

Polis mənbələri yürüşdə neçə nəfərin iştirak etdiyini açıqlamasa da, təşkilatçılar aksiya iştirakçılarının 100 minə yaxın olduğunu bildiriblər.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal