Modern.az

Syerra-Leonedə partlayış: 100-dən çox ölən var

Syerra-Leonedə partlayış: 100-dən çox ölən var

Dünya

7 Noyabr 2021, 00:36

Syerra-Leonenin paytaxtı Fritaun şəhərində yanacaq daşıyan tanker partlayıb.

 

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 108 nəfərə çatıb

 

Hadisə zamanı 90-dan artıq şəxsin yaralandığı qeyd olunur.

 

Partlayış noyabrın 5-də axşam saatlarında benzin daşıyan maşının qranit plitələri daşıyan yük avtomobili ilə toqquşması nəticəsində baş verib. Qəza zamanı tanker yanacaqla dolu olub.

 

Qəzadan sonra hər iki sürücü maşınlarından düşüb, yaxınlıqda dayanan şəxslər isə zədələnmiş yanacaq daşıyan maşından tökülən yanacağı yığmağa çalışıblar. Bir anda partlayış baş verib və yanğın başlayıb. Qurbanların əksəriyyəti yanaraq ölüb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal