Modern.az

Saakaşviliyə görə hökumətə 24 saat vaxt verildi

Saakaşviliyə görə hökumətə 24 saat vaxt verildi

Dünya

7 Noyabr 2021, 09:10

"Saakaşvilinin xəstəxanaya yerləşdirilməsi üçün hakimiyyətə 24 saat vaxt veririk".

Modern.az-ın  məlumatına görə, belə bir açıqlamanı "Vahid Milli Hərəkat"ın lideri Nika Melia verib.

 

O, hökumətin bunu etməyəcəyi təqdirdə etirazların davam edəcəyini vurğulayıb.

 

"Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi üçün səlahiyyətlilərə 24 saat vaxt veririk. Bidzina İvanişvilinin 24 saat vaxtı var.

 

Hakimiyyətdə olanlar sağlam düşüncəyə sahibdirsə, düzgün qərar qəbul etsinlər, əgər onlar 24 saat ərzində bunu etməsələr, biz bazar ertəsi, axşam 20:00-da azadlıq meydanına toplaşacağıq", - deyə Nika Melia bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal