Modern.az

Köçəryanın “qu quşu mahnısı” - Bugünkü mitinq onun sonunu gətirə bilər

Köçəryanın “qu quşu mahnısı” - Bugünkü mitinq onun sonunu gətirə bilər

Dünya

8 Noyabr 2021, 13:33

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” bloku noyabrın 8-də, saat 18:00-da İrəvandakı Azadlıq meydanında mitinq keçirəcək.

Modern.az xəbər verir ki, Ermənistan mediasında bu aksiyadan fərqli gözləntilər olduğu barədə yazılar dərc edilib.

Bəziləri bu mitinqin hakimiyyət dəyişikliyinin başlanğıcı olacağını düşünür.

Digərləri anlayır ki, bir mitinqlə hakimiyyət dəyişikliyi olmayacaq.

Üçüncü qrup hesab edir ki, bu, Robert Köçəryanın “qu quşu mahnısı”dır. Əgər eks-prezident uğur qazanmasa, tərəfdarları bir qədər də azalacaq və nəticədə siyasi arenanı tərk etməli olacaq.

“Hayastan” fraksiyasının idarəçiləri bu saatlarda mitinqin təşkili ilə məşğuldur. Hazırda məsləhətləşmə gedir ki, aksiyaya çoxlu sayda insanın cəlb olunması üçün nə etməli...

“Hraparak”ın məlumatına görə, mitinq çox çəkməyəcək, 5-6 çıxış olacaq. Çıxışlarda əsasən ölkədəki iqtisadi vəziyyətə toxunulacaq,  məhkəmələrə təzyiqlər və siyasi motivli cinayət işlərindən danışılacaq.

Eyni zamanda II Qarabağ Müharibəsində həlak olan hərbçilərin valideynlərindən birinin də çıxış etməsindən sonra blokun lideri Robert Köçəryan mitinqə yekun vuracağı gözlənilir.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal