Modern.az

İrəvan və Tbilisidə MİTİNQ keçirilib

İrəvan və Tbilisidə MİTİNQ keçirilib

Dünya

8 Noyabr 2021, 20:57

Ermənistan və Gürcüstanın paytaxtlarında kütləvi etiraz aksiyaları keçirilib.

 

Modern.az xəbər verir ki, İrəvanda Azadlıq meydanında Ermənistanın sabiq prezidenti Robert Köçəryanın blokunun mitinqi baş tutub.

 

Mitinqdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi parlament blokunun nümayəndələri də iştirak edib.

 

Mitinqdə Paşinyan hökumətinə qarşı müqavimət hərəkatı yaradılacağı qeyd olunub.

 

Gürcüstanın paytaxtı Tbilisidəki Azadlıq meydanında isə ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya keçirilir. Aksiyanı Vahid Milli Hərəkat Partiyası təşkil edib.

 

Aksiya ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, dövlət qurumlarının binaları ətrafına əlavə polis qüvvələri səfərbər olunub.

 

Akif İsmayılov

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal