Türkiyənin Konya vilayətində qeydə alınan zəlzələ zamanı 1 nəfər xəsarət alıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Faxrettin Koca məlumat verib.
Nazirin sözlərinə görə, hadisə zamanı yaşayışın olmadığı 2 bina dağılıb, daha 1 binaya ziyan dəyib.
***
22:17
Türkiyənin Konya vilayətində 5.1 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 20:43-də qeydə alındığını açıqlayıb.
Zəlzələ Konyanın Meram rayonunda yerin 10,61 kilometr dərinliyində baş verib.
Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.