Modern.az

Avropa İttifaqından Belarusa yeni sanksiyalar

Avropa İttifaqından Belarusa yeni sanksiyalar

Dünya

10 Noyabr 2021, 00:58

Avropa İttifaqı (Aİ) tezliklə Belarusa qarşı daha çox sanksiyalar tətbiq edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Aİ-nin adı açıqlanmayan 3 diplomatına istinadən məlumat yayıb.

 

Yeni sanksiyaların hədəfində Belarusun xarici işlər naziri və “Belavia” aviaşirkəti daxil olmaqla 30-a yaxın fiziki və hüquqi şəxslər var.

 

Diplomatlar bildiriblər ki, Aİ, həmçinin yerli sığorta sektorunu hədəf alan iqtisadi sanksiyaları genişləndirməyi də nəzərdən keçirir.

 

Qeyd edək ki, Aİ və NATO prezident Aleksandr Lukaşenkonu Yaxın Şərqdən qaçan insanları Minskə, oradan da Polşa və Baltikyanı ölkələrin sərhədlərinə göndərməklə onlardan Qərbə təzyiq etmək üçün “silah” kimi istifadə etməkdə ittiham edir. 

 

Sanksiyalar şəxslərin aktivlərinin dondurulması və səyahət qadağalarını əhatə edir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal