Modern.az

Ermənistan prezidentindən Türkiyə açıqlaması: “Müttəfiq ola bilərik”

Ermənistan prezidentindən Türkiyə açıqlaması: “Müttəfiq ola bilərik”

Dünya

10 Noyabr 2021, 09:14

Ermənistan prezidenti Armen Sarkisyan ölkəsinin Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyi ilə bağlı açıqlama verib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, o, Ermənistanın gələcəkdə Türkiyənin yanında ola biləcəyi ehtimalını qeyd edib.

Sarkisyan Rusiya mətbuatına açıqlamasında Türkiyənin onlara hörmət etməli olduğunu və iki ölkənin növbəti dövrdə müttəfiq ola biləcəyini vurğulayıb:

“Türkiyə ilə yaxşı münasibətlər qurmaq əla olardı.  Mürəkkəb məsələ olsa belə, istərdim ki, Azərbaycanla bağlı problemlər həll olunsun. Çətin də olsa Türkiyə ilə münasibətlər yaxşı olmalıdır.  Axı biz tarixi necə unuda bilərik?” -deyə, o bildirib.

Nigar Adil  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal