Modern.az

Lukaşenko Avropadan qisas alır - Merkel Putindən YARDIM İSTƏDİ

Lukaşenko Avropadan qisas alır - Merkel Putindən YARDIM İSTƏDİ

Dünya

10 Noyabr 2021, 14:58

Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinə zəng edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, telefon zəngi Belarus-Polşa sərhəddində miqrantlarla polis qüvvələri arasında baş verən toqquşmalara görə olub. Belə ki, Almaniya kansleri Belarus lideri Aleksandr Lukaşenkonun miqrantları Avropa Birliyi sərhədlərinə qəsdən yönləndirməkdə və bununla sanksiyalara görə Brüsseldən qisas almaqda ittiham edib. O, Putindən bu hallara son qoyulması üçün Lukaşenko ilə danışmasını xahiş edib.

Moskva isə Brüsselə Minsklə danışıqlara getməyi məsləhət görüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü