İsveçin baş naziri Stefan Lövfen istefa verib.
Modern.az xəbər verir ki, Stefan Lövfen müvafiq ərizə ilə parlamentin rəhbəri Andreas Norlenə müraciət edib.
İsveç hökumətinə 7 ildən çox rəhbərlik edən Stefan Lövfen istefası ilə bağlı məlumatı lideri olduğu Sosial Demokratlar Partiyasının iclasında verib.
Bundan sonra İsveç hökumətinin başçısı vəzifəsini tərk edən Stefan Lövfen keçid hökumətinin rəhbəri kimi bir müddət çalışmalı olacaq. Onun bundan sonrakı fəaliyyəti digər partiya rəhbərləri ilə danışıq apararaq, Sosial Demokratlar Partiyasının yeni rəhbəri Maqdalena Andersonun Baş nazir seçilməsinə nail olmaqdan ibarətdir.