Modern.az

Mirzoyan fransalı həmkarı ilə Qarabağdan DANIŞDI

Mirzoyan fransalı həmkarı ilə Qarabağdan DANIŞDI

Dünya

10 Noyabr 2021, 21:56

Noyabrın 10-da Parisdə işgüzar səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Fransanın xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Mirzoyan və Lö Drian Ermənistan-Fransa münasibətlərinin daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Görüş zamanı Ermənistan və Fransa xarici işlər nazirləri Qarabağ məsələsinə də toxunublar.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal